Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi.
Şəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür.
Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir.
Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi.
2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir.
Port-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi.
Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.